Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aygün dünyanı gəzəndə Röya yox idi” - Flora Kərimova

Əməkdar artist Röya Ayxan “Xəzər maqazin”ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb


Axşam.az-ın məlumatına görə, müğənni əvvəlcə konserti haqda “Nə göydən sallanacam, nə də şpaqat açacam”-deyib.

Daha sonra isə A.Kazımovanın “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərinə isə “Mənim həyatımda adam varsa da, yoxsa da mən işləyirəm” söyləyib.

A.Kazımova və R.Ayxan arasında olan bu atışma sosial şəbəkələrdə müzakirə olunub. Onlar iki sənətçini də “Diva” adlandırıb.

Baş verən qalmaqala münasibət bildirən xalq artisti Flora Kərimova isə "Bizim Yol"a açıqlamasında onların sənət davası etmələrini aruzulayıb:

“Başa düşə bilmirəm ki, bu “Diva” adı nə addır ki, onun üstündə dava gedir. Bunlar sənət davası etsinlər. Bu sənətdə iz qoymaq davası etsinlər. Bunlar biabırçı müzakirələrdi, adı müğənnilərə xalq verər, müğənni özü-özünə ad verməz. Aygün Kazımova səhnəyə yeniliklər gətirib. O, konsert verib dünyanı gəzəndə, hələ Röya yox idi. Aygün Kazımova haqda nəsə demək üçün gərək nəsə edəsən.

Sənətçilərdə iki şeyə, bir şəxsiyyətə, bir də sənətə fikir verirəm. Onlar hər ikisi anadı. Sabah kiminsə qapısını döyəcəklər və ya bunların qapısı döyüləcək. Ona görə belə şeylərə fikir versinlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar