Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobuslar zolaqlarından kənara çıxsa, cərimələnə bilərmi? 

Avtobuslar üçün xüsusi zolaqların çəkilməsi nəqliyyat sıxlığının azaldılmasına hesablansa da, mütəmadi olaraq digər hərəkət iştirakçıları qaydaları pozur və bu yola daxil olurlar...

Nəticədə avtobusların mənzil başına çatması ləngiyir. Eyni zamanda da qaydaları pozan sürücülər cərimələnirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələrinin sürücüləri 40 manat cərimə olunurlar.

Bəs avtobuslar xüsusi zolaqlardan kənara çıxsa, həmin nəqliyyat vasitəsinin sürücüsü cərimələnə bilərmi?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, avtobuslar zolaqlarından kənara çıxarsa, tədbir görülür:

“Müntəzəm marşrutlar üzrə hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri müəyyən edilmiş hərəkət cədvəlinə və sxeminə riayət etmədikdə, eləcə də yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara yol verdikləri təqdirdə barələrində inzibati qanunvericiliyə uyğun tədbirlər görülür”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar