Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada qaz ucuzlaşır, alıcılar isə hələ də gözləyir - "Bloomberg" səbəbləri açıqladı

"Qaz bazarı qeyri-sabit olaraq qalır. Asiyada tələbatın canlanması ilə birlikdə sənaye qazı istehlakının sürətli artımı risklər yaradır"...

Avropada anbarları doldurmaq üçün lazım olan təbii qazın alışı, qiymətlərin son zamanlar düşməsinə baxmayaraq, ilin bu vaxtında həmişəkindən daha yavaş gedir. Bəzi alıcılar daha çox qiymət ucuzlaşmasına ümid edirlər.

Poliqon xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

"Avropada baza fyuçers qiymətləri ötən ilin yayında müşahidə edilən rekord səviyyələrə düşüb, lakin qaz istehlakı böhranın aşağı səviyyələrindən yavaş-yavaş bərpa olunsa da, bu, alışı stimullaşdırmaq üçün yetərli olmayıb. Qiymətlərin aşağı düşməyə davam edəcəyinə əminlik çoxlu alıcını prosesi yavaşlatmağa məcbur edir", deyə "Bloomberg" yazır.

Agentlik mütəxəssislərinin fikrincə, yanacaq sərfiyyatının azalması o deməkdir ki, qlobal ehtiyatlar Rusiya Federasiyasından qaz tədarükü azalsa belə, hazırda Avropada tələbatı ödəmək üçün kifayətdir. Lakin istehsalçılar və treyderlər xəbərdarlıq edirlər ki, böhran hələ bitməyib və qaz istehlakı həcmlərinin gecikmiş və yavaş bərpası kövrək bazar balansını poza bilər.

"Bəzi gözləntilər var ki, qiymətlər hər meqavat-saat üçün 10 avroya, hazırkı səviyyədən 70%-dən çox aşağı düşə bilər. Lakin bu baş versə belə, aşağı qiymətlər uzun müddət davam etməyəcək", deyə İsveçrənin enerji şirkəti "MET Holding AG"nin satış direktoru Klaus Rayniş bildirir.

Eyni zamanda, Raynişin fikrincə, Rusiya boru kəməri yanacağını əvəz edən mayeləşdirilmiş təbii qazın tədarükündən ağır asılılıq Avropanı bazar qiymətlərinin dəyişməsi və kəskin qiymət dəyişkənliyinə qarşı son dərəcə həssas edir.

"Qaz bazarı qeyri-sabit olaraq qalır. Asiyada tələbatın canlanması ilə birlikdə sənaye qazı istehlakının sürətli artımı risklər yaradır", deyə "Bloomberg" qeyd edir.

Avropanın ən böyük qaz tədarükçüsü olan "Equinor ASA"nın vitse-prezidenti Helg Qauqane qeyd edib ki, qiymətlərin daha da aşağı düşməsi gözləntiləri ilə əlaqədar bəzi Avropa ölkələrində qaz anbarının doldurulması tempi azalacaq. Onun sözlərinə görə, artıq anbarlar həmişəkindən çox doludur və qarşıdan gələn qışda qaz qıtlığı olmamalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar