Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada məhdudiyyətlər uzadılır

Avropada koronavirusla bağlı vəziyyət ciddi olaraq qalır.

Vesti.ru xəbər verir ki, bölgədə hər həftə bir milyon yarım yeni yoluxma qeydə alınır.

Yunanıstanda reanimasiyada kifayət qədər yer yoxdur. Xəstə axınının çox olması səbəbindən Fransa və Almaniyadakı xəstəxanalar da dolub.

“Önümüzdəki iki həftə ərzində reanimasiya şöbələrində ən az 6 000 xəstənin olacağını gözləyirik. Bu, səhiyyə sistemimizin imkanlarını aşacağı anlamına gəlir. Və ən vacib prioritetlərimizdən biri bunun qarşısını almaqdır”, - deyə Almaniya Səhiyyə naziri Yens Şpan bildirib.

Almaniyada son bir gündə - 31 min yoluxma qeydə alınıb. Bu, keçən yaz qeydə alınan pik göstəricidən beş dəfə çoxdur.

İsveçdə xəstələrin sayı artmağa davam edir. Hər gün demək olar ki, 9 000 nəfər virusa yoluxur. İnfeksiya nisbəti baxımından ölkə Avropada liderlərdən biridir.

Xorvatiya rəhbərliyi də məhdudlaşdırıcı tədbirləri uzadır. Artıq ölkənin hər yerində nəqliyyatda maska ​​rejimi tətbiq edilir. Kafe və restoranlar yalnız yay verandalarında xidmət göstərir.

London epidemioloqları Britaniya paytaxtında da məhdudiyyətlərin qaytarılmasının mümkünlüyünü istisna etmirlər. Londonun cənubunda Cənubi Afrika ştammı ilə onlarla yoluxma qeydə alınıb.

Həkimlər hesab edirlər ki, yoluxanların sayının artmağa davam edəcəyi təqdirdə təcridə qayıtmaqdan başqa bir yol qalmayacaq.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar