Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunlarının məşəli Şəkiyə gətirilib



Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında Şəki şəhərinə gətirildi


Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən start götürdü. 

Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şəki bu gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.

Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürdü. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Meydana toplaşan minlərlə Şəki sakini bu unudulmaz anı böyük coşqu və alqışlarla qarşıladılar.

Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirildi.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edildi.

Daha sonra möhtəşəm alov festivalı başlandı. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaratdı.

Alov festivalı atəşfəşanlıqla başa çatdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar