ABŞ-ın yeni iqtisadi siyasəti transatlantik əlaqələr zəifləməyə başlayıb…
PİA.az xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın The Wall Street Journal nəşri çıxış edib.
The Wall Street Journal-da dərc edilən məqələdə qeyd edilir ki, Avropa liderləri ABŞ-ın Ukraynadakı müharibənin yaratdığı iqtisadi problemləri daha da gücləndirən yeni iqtisadi siyasətlərindən narazı olduqları üçün transatlantik əlaqələr zəifləməyə başlayır.
The Wall Street Journal əlaəqləri zəiflədən amilləri də sadalayırlar:
- ABŞ-ın hərəkətləri də enerji böhranının həllinə kömək etmir. Çünki Amerikadan sıxılmış qaz Avropaya çox yüksək qiymətlə daxil olur və bu da Avropanın istehsal bazasına gərginlik yaradır.
- Buna görə görə də Vaşinqtonla müttəfiqləri arasında fikir ayrılıqları yaranır.
- Avropa rəsmiləri təhlükəsizlik və iqtisadi sabitlik üçün Vaşinqtonun onalrın ümidlərini doğrultmamasından məyus olduqlarını ifadə etməyə başlayıblar.
pia.az