Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa irqçiliyə və faşizmə təslim olur- Videolar, Fotolar


Hollandiyada diplomatik rəzalət: Avropa irqçiliyə və faşizmə təslim olur


Bu gecə Türkiyə və Hollandiya arasında siyasi gərginlik yaşanıb. Belə ki, Hollandiya hökuməti Türkiyə dövlətlətinin rəsmilərinə və vətəndaşlarına qarşı diplomatik rəzalətə imza atıb.

Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya Rotterdamdakı Konsulluğa gələcəyini bəyan edib. Ancaq Hollandiyanın rəsmi dairələri türkiyəli nazirin konsulluğa girişinə icazə verməyiblər. Bununla da beynəlxalq diplomatik qaydaları kobud şəkildə pozublar.

Təbii ki, bundan xəbər tutan Hollandiyada yaşayan türklər nazirə dəstək məqsədilə konsulluğun qarşısına axın ediblər. Onlar "Türkiyə yalnız deyil", "Türkiyəni tək qoymayacağıq" şüarları səsləndiriblər.

Hollandiya hökumətinin diplomatik rəzaləti bundan sonra ən yüksək həddə çatıb. Əllərində Türkiyə bayrağı olan insanların artmaması üçün konsulluq isiqamətində olan yollar bağlanılıb. Konsulluq ətrafında toplaşan dinc nümayişçilərə isə atlı polislər sərt şəkildə müdaxilə ediblər. Dinc insanlara TOMA maşınları vasitəsilə təzyiqli su vurulub, onlara qarşı köpəklərdən istifadə edilib.

Eyni zamanda, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə eniş icazəsini də ləğv edib. Nəticədə türkiyəli nazirin təyyarəsi Fransaya istiqamət almaq məcburiyyətində qalıb.

Göründüyü kimi, Hollandiya dünyanın diplomatiya tarixində görünməmiş rəzalətə müəlliflik edib. Son məlumatlara görə, Hollandiyanın rəsmi dairələrinin imza atdığı bu siyasi-diplomatik rəzalətin başvermə səbəbləri də artıq aydınlaşmağa başlayıb. Belə ki, bu həftənin çərşənbə günü Hollandiyada seçkilər keçiriləcək. Bu seçkilərdə əsas təbliğat xətti Türkiyə və İslam əleyhinə siyasi kampaniyalar üzərində qurulub.

Təbii ki, Avropanın göbəyində, özünü "demokratiyanın beşiyi" adlandıran Hollandiyada antitürk, antimüsəlman əhval-ruhiyyəsinin güclənməsi, siyasi-təbliğat kampaniyaların milli və dini ayrıseçkilik üzərində qurulması ciddi narahatlıq doğurur. Çünki bu, demokratik dəyərləri əlində bayraq tutan Avropanın, eləcə də, 500 min nəfərə yaxın türkün də yaşadığı Hollandiyanın artıq irqçilik və faşizm meyllərinə təslim olmaq üzrə olduğunu sübuta yetirməkdədir.

Hollandiyanın, eləcə də, bu ölkənin üzv olduğu Avropa Birliyinin bu rəzalətdən sonra yenidən demokratik dəyərlərdən necə danışacağı hələlik bəlli olmasa da, rəsmi Ankara gecəboyu baş verən hadisələrə sərt reaksiya verib. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yılldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu bu diplomatik rəzaləti sərt dillə qınayıblar.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar