Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatında mübarizə aparacaq Azərbaycan klubları müəyyənləşib

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada teakvondo üzrə klublararası Avropa çempionatı start götürəcək...

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan 5 klubla təmsil olunacaq.

Milli komandanın aparıcı üzvləri “Gilan” İdman Klubunun heyətində yer alacaq. Reza Mehmandost və Elnur Amanovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) çıxacaqlar.

“Gilan”a qadınların yarışında Sun Mi Park və Hyeyounq Çoi rəhbərlik edəcək. Onlar çempionatda Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova, Pəniz İsmayılpur (hər üçü 53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.

“Fərasət” Taekvondo Klubu böyüklərin mübarizəsində Riyad Şirəliyev (68 kq), gənclərdə İbrahim Mehbalizadə (48 kq) ilə təmsil olunacaq.

Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi də Avropa çempionatında iştirak edəcək. Nicat İsmayılzadə (80 kq) böyüklər, Murad Məmmədov (59 kq) gənclər arasında qüvvəsini sınayacaq.

Gənc taekvondoçuların yarışında məşqçi Zahid Nadirovun rəhbərliyi altında “Alpman” Taekvondo Klubu da gücünü yoxlayacaq. O, Bolqarıstanda Səlimə Quliyeva (42 kq) və Vüqar Bağırova (63 kq) şans verəcək.

“Sumqayıt” Taekvondo Klubu isə səfərə Aylin Eynullayeva (49 kq) ilə yollanıb.

Yarışda referilər arasında beynəlxalq dərəcəli Aygül Abdullayeva da yer alacaq.

Klublara rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.

Qeyd edək ki, çempionata 2000-dən artıq taekvondoçu qatılacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar