Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya Universitetlər Birliyinin sədri Bakıda səfərdə olub - Fotolar


Mustafa Aydın: ""Study in Azerbaijan" markasını dünyaya tanıtmalıyıq"


Avrasiya Universitetlər Birliyinin(EURAS) sədri, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Dr. Mustafa Aydın Azərbaycanda səfərdə olub. Türkiyəli qonaq Azərbaycana Bakıda keçirilən Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak etmək üçün gəlib. 

Mustafa Aydın səfər çərçivəsində Azərbaycan Təhsil nazirinin müavini Ceyhun Bayramovla görüşüb. Nazir müavini ilə EURAS sədri arasında baş tutan görüşdə əsas müzakirə mövzusu EURAS-ın 2016-cı ilin fevral ayında İstanbulda keçirəcəyi Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi (EURİE) olub. Dr. Mustafa Aydın zirvə haqqında məlumat verərək, Azərbaycan universitetlərinin bu toplantıda "Azərbaycan Təhsil"(Study in Azerbaijan) markası altında iştirakının əhəmiyyətinə diqqət çəkib.

Nazir müavini C.Bayramov Azərbaycan univesitetlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bu istiqamətdəki bütün təkliflərin müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.

Avrasiya Universitetlər Birliyinin(EURAS) sədri Dr. Mustafa Aydın daha sonra ADA Universitetinin rektoru, Xarici işlər nazirinin müavini Hafiz Paşayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə görüşüb. Hər iki rektorla keçirilən görüşlərdə də əsas müzakirə mövzusu 2016-cı ilin fevral ayında İstanbulda baş tutacaq Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi (EURİE) olub. Dr. Mustafa rəhbərlik etdiyi Avrasiya Universitetlər Birliyi və EURİE zirvəsi haqqında geniş məlumat verib. O, qeyd edib ki, ADA Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən öndəgedən və beynəlxalq əlaqələri geniş ali təhsil ocaqlarındandır. M.Aydın hər iki görüşdə təhsil sektorunda "Study in Azerbaijan" markasının dünyaya tanıdılmasının vacib olduğuna diqqət çəkib.

ADA Universitetinin rektoru, Xarici işlər nazirinin müavini Hafiz Paşayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ayrı-ayrılıqda Azərbaycan təhsilindəki son yeniliklərdən söz açıblar. Onlar Azərbaycan universitetlərinin beynəlxalq əlaqələrə böyük önəm verdiyini və bu qəbildən olan zirvələrdə iştiraka maraqlı olduqlarını diqqətə çatdırıblar.(editor.az)






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar