Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ateist yazıçı Hacı Şahinlə bağlı bunu ilk dəfə etiraf etdi

Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar...

Şair, yazıçı Aqşin Yenisey bu gün dünyasını dəyişən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli haqqında maraqlı xatirəsini bölüşüb.

Feysbuk hesabında etdiyi paylaşımı təqdim edirik:

"Beş-altı ilin söhbətidir. Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi:

- Bilirsən, sənə kim kömək edə bilər?

- Kim?

- Hacı Şahin!

- Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama?

Götürüb yanımda zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız?

On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa, xəbər edin" deyib çıxıb getdi.

O vaxt Hacı Şahini, ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm bu adam Hacı Şahin olacaq.

Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar.

Səni unutmayacağam, əziz və gizli dostum!"

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay