Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AtaBank” problemi digər bankları da təhdid edir

“AtaBank” problemi qısa müddətdə həll olunmalıdır...

Prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”.

Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, “AtaBank”la bağlı məsələ qısa müddətdə həllini tapmazsa, digər banklarda da problem yarana bilər:

“Ötən ilin sentyabr ayında “AtaBank” əmanətçilərin depozitlərini qaytara bilmir. Bank problemi həll etmək əvəzinə vaxtı çatan depozitlərə faiz hesablanmasını dayandırmaq üçün onları əmanətçilərin adına cari hesab açaraq həmin hesablarda yerləşdirib. Bir növ “AtaBank” öz aləmində problemi "dondurub". Əlacsız qalaraq bununla razılaşan əmanətçilərin artıq məsələnin bu cür həllinə də ümidi qalmayıb.

Bu barədə dəfələrlə yazılmağına baxmayaraq, Mərkəzi Bank hələ də müşahidə mövqeyindədir. Hesab edirəm ki, bu bankda baş verənlərin bütövlükdə maliyyə sisteminə mənfi təsirlərini azaltmaq, sosial etirazlara əsas yaratmamaq üçün Mərkəzi Bank hərəkətə başlamalı və əmanətçilərin depozitləri tezliklə geri qaytarılmalıdır. Əks təqdirdə bir tərəfdən əmanətləri geri verməyən “AtaBank”, digər tərəfdən də onları virtual olaraq cari hesablarda yerləşdirməklə qanunları kobud şəkildə pozur.

Bu barədə Prezident İlham ƏliyevAzərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı danışıb: “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

Hesab edirəm ki, Mərkəzi Bank dövlət başçısının çıxışından nəticə çıxarmalı, tez bir zamanda sağlamlaşma prosesinə start verməli, “AtaBank” probleminin qısa müddətdə həllinə nail olmalıdır. Əks təqdirdə prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”.

pia.az


Etiket: “AtaBank”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq    

Ən çox oxunanalar