Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın seçki missiyası müxalifət liderlərilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin üzvləri – Stefan Şennak, Alfred Heer, Ravio Tam, Georgios Kartuqkalos müxalifət təmsilçiləri ilə görüşüb...

Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Haqq-Ədalət Partiyasının təşkilat komitəsinin sədri Əli İnsanov, ReAl Partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli iştirak edib.

Müsavat Partityasının məlumatına görə, görüşdə seçkiqabağı durum, namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsində müşahidə olunan qanun pozuntuları və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, AŞPA-nı təmsil edən 35 nəfərlik müşahidə missiyası fevralın 6-da Bakıya gələcək. Müşahidə qrupu Bakıda və bəzi bölgələrdə səsvermənin monitorinqini həyata keçirərək seçkilərə qiymət verəcək.

Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 350 nəfərlik heyəti də müşahidə edəcək.

pia.az


Etiket: AŞPA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Ən çox oxunanalar