Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan Aslanovun Şəmkirdəki məşhur stadionunu sökürlər


Eks-nazir müavini sökülən stadiona görə 15 milyon pul istəyib; ona pul ödəməyiblər...


“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun stadionunu sökürlər. Vaxtilə “Aşıq  Teymur” sovxozuna məxsus olan stadiona A.Aslanov Şəmkirin icra başçısı olarkən sahib çıxıb.

1 həftə əvvəl isə stadionun söküntüsünə başlanıb, əraziyə ağır texnikalar gətirilib. Şəmkirdə olarkən stadiona da baş çəkdik. Ərazidə söküntü işlərinin aparıldığına şahid olduq. Sakinlər deyir ki. stadion 2000-ci illərdən bağlı qalıb. 15 il müddətində stadionun bağlı qalması da A.Aslanovun orada futbol və digər oyunların keçirilməsinə icazə verməməsi olıb. Şəmkirdə yayılan söhbətlərə görə, bir müddət əvvəl A.Aslanovu rayona dəvət edib stadionu dövlətə satmasını təklif ediblər. Sabiq nazir müavini ona təklif olunan məbləğlə razılaşmayıb. Sakinlər A.Aslanova 3 milyon manat təklif edildiyini, o isə daha artıq istədiyini deyiblər. A.Aslanovun tələb etdiyi məbləğ veriləndən 3-5 dəfə çox olub – 10-15 milyon manat. Bununla da A.Aslanovla sövdələşmə bitib. Sökülən stadionda vaxtilə bütün respublikaya səs salan “Şəmkir” futbol klubunun əsas məşq yeri olub. 3 il ardıcıl ölkə çempionu olan futbol klubu sonradan stadiondan qovulub. Şəmkirdə danışırlar ki, komandanın stadiondan qovulması klubun prezidenti, “Saşa” kimi tanınan Şahbaz Süleymanovla Aslan Aslanovun münasibətlərinin korlanmasından sonraya təsadüf edib. 

Şəmkir” komandası növbəti qələbədən sonra yarım milyon mükafatı qazanıb. Həmin vaxt A.Aslanov Ş.Süleymanovu yanına dəvət edib və ondan mükafatın 80 faizinin ona verilməsini istəyib. Bu zəmində yaranan mübahisə A.Aslanovun komandanı stadiondan qovdurması ilə nəticələnib. Sakinlər deyir ki, stadion faktiki A.Aslanovun olsa da, adamlarının adına sənədləşdirilib. Onu da öyrəndik ki, sökülən stadionun yerində istirahət parkı salınacaq. Stadion isə digər məkanda inşa edilərək “Şəmkir” futbol komandasının  sərəncamına veriləcək. (musavat.com)









pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Ən çox oxunanalar