Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arxitektura Komitəsindən İctimai Şura üzvünə 800 minlik tender - Korrupsiya, yoxsa… 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 11 milyon 304 min 853 manatlıq tenderə yekun vurub.

Qlobal.az xəbər verir ki, Mərkəzin tenderi işğaldan azad edilmiş rayonların 22 yaşayış məntəqəsinin layihələndirilməsi lotu üzrə olub.

Tenderdə “Qala Group” MMC, “Bureau Mühit” MMC, “RİM Memarlıq” MMC, “BİMD” MMC və Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu olub.

Qlobal.az-ın əldə etdiy məlumata görə “Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

Xatırladaq ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar