Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arturyan və Vardanyanın “davası”... Moskva nəyə can atır?..

Rusiyalı milyarder Ruben Vardanyan tələb edir ki, Arutunyan istefa verməlidir...

Siyasi-şərhçi: “Qarabağda son dövrlərdə baş verən proseslər onu göstərir ki, separatçıların başçısı Araik Arutyunyan mövqeyindən sıxışdırılır və onun yerini Ruben Vardanyan tutmağa çalışır”.

“Əlbətdə, burada rəsmi Azərbaycan üçün nə Vardanyanın nə də ki, Araikin heç bir statusu yoxdur. Hər ikisi Azərbaycan üçün separatçı və terrorçu qismindədir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Qarabağ erməniləri arasında baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Moskvadan Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan tələb edir ki, Arutunyan istefa verməlidir. O, Arutunyanı Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verməkdə ittiham edir. Öz növbəsində Araik Arutunyan da özünə yaxın adamları silahlandıraraq onların dili ilə qondarma “parlamenti” ələ keçirməklə hədələyib.

Qarabağ erməniləri arasında baş verənləri necə dəyərləndirmək olar? Moskva Vardanyanın simasında Arutyunyanın uzaqlaşdırılması üçün hərəkətə keçməsi nəylə bağlı ola bilər? Digər tərəfdən, baş verənlər fonunda separatçıların arasında silahlı qarşıdurmaya ehtimal vermək olarmı?

Qarabağda baş verənləri Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sərdi, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Görünən odur ki, Vardanyan yenidən cəhd edərək hakimiyyəti ələ keçirmək fikrindədir”.

Azərbaycanın iki separatçı arasındakı “mübarizədən” maksimum istifadə edə bilməsini düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, vəziyyət gərginləşərsə, növbəti anti-terror əməliyyatınında keçirilməsi üçün əlverişli şərait yarada bilər:

“Qarabağda son dövrlərdə baş verən proseslər onu göstərir ki, separatçıların başçısı Araik Arutyunyan mövqeyindən sıxışdırılır və onun yerini Ruben Vardanyan tutmağa çalışır.

Bildiyiniz kimi Ruben Vardanyan Xankəndi şəhərinə təsadüfən göndərilməmişdi. O, rəsmi Moskanın xüsusi göstərişi və təlimatları ilə hərəkətə keçmişdir. Ancaq Qarabağdakı qondarma rejimin hazırki başçısı Araik Arutyunyan onu vəzifəsindən azad edərək istefaya göndərməyə nail oldu. Ancaq görünən odur ki, Vardanyan yenidən cəhd edərək hakimiyyəti ələ keçirmək fikrindədir.

Xüsusən, dekabr ayında Xankəndidə keçirilən böyük mitinqin əsas təşkilatçısı kimi Ruben Vardanyanın olması Araikinin ciddi narahatçılığına səbəb oldu. Vardanyan demək olar ki, separatçıların dəstəyini alıb və yaxın günlərdə çevriliş cəhdinədə əl ata bilər.

Kamran Məmmədli: “Həm separatçılara, həmdə onları himayə edənlərə bir daha xatırlatmaq lazımdır ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Heç kəs bizim torpağlarda özləri üçün vəzifə bölə bilməz”.

Əlbətdə, burada rəsmi Azərbaycan üçün nə Vardanyanın nə də ki, Araikin heç bir statusu yoxdur. Hər ikisi Azərbaycan üçün separatçı və terrorçu qismindədir. Ancaq Rusiaya tam bağlı bir adamın hakimiyyəti ələ keçirməsi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Bu səbəbdən rəsmi Baki bütün versiyaları gözdən keçirməli və oradaki vəziyyəti diqqətdə saxlamalıdır. Azərbaycan Laçın sərhəd-nəzarət keçid məntəqəsi qurması vaxtında atılan mühim addım oldu. Bu addım Rusiyanın və separatçıların bütün planlarını alt üst etmiş oldu.

Hesab edirəm ki, Azərbaycan iki separatçı arasındakı “mübarizədən” maksimum istifadə edə bilər. Vəziyyət gərginləşərsə növbəti anti-terror əməliyyatınında keçirilməsi yerinə düşə bilər. Həm separatçılara, həmdə onları himayə edənlərə bir daha xatırlatmaq lazımdır ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Heç kəs bizim torpağlarda özləri üçün vəzifə bölə bilməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar