Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq 3-cü çağırışdır ki, Ermənistandan Qarabağa çağırışçı göndərilmir

44 günlük müharibədən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçmiş Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin sıraları sürətlə seyrəlir.

virtualaz.org xəbər verir ki, buna səbəb Ermənistanın artıq üçüncü çağırışdır. Azərbaycan ərazilərinə çağırışçı göndərməməsidir. Konstitusiya məhkəməsinin keçmiş aparat rəhbəri və keçmiş səfir Edqar Kazaryan özünün Facebook səhifəsində bu haqda yazıb. Bildirib ki, artıq üçüncü dəfədir “dqr müdafiə ordusundan” (həmin qanunsuz erməni birləşmələri haqda Ermənistanda bəziləri hələ də bu ifadəni işlədirlər, - red.) çağırışçılar tərxis olunur, amma yeniləri göndərilmir. Söhbət Ermənistandan olan Qarabağda xidmətə göndərilən çağırışçılardan gedir.

Qeyd edək ki, Ermənistanda həqiqi hərbi xidmət müddəti iki ildir və bu baxımdan 2020-ci ilin payızındakı müharibədən əvvəl orduya çağırılıb Azərbaycanın o zaman işğal altında olan ərazilərinə göndərilən çağırışçıların bir qisminin hələ də Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalması mümkündür.

Edqar Kazaryan yazır ki, təkcə Qarabağda, yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə yaşayan ermənilərin hesabına “ordu” saxlamaq mümkün deyil. Ona görə də Ermənistandan çağırışçıların göndərilməməsi faktiki olaraq “Qarabağ müdafiə ordusunun” (söhbət qanunsuz silahlı birləşmələrdən gedir, - red.) buraxılması deməkdir.

Bəlli olduğu kimi Ermənistan 10 noyabr kapitulyasiya sənədinə imza atanda Azərbaycan ərazilərinin indi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində 10-15 minlik, bəzi məlumatlara görə ola bilsin 20 minlik qruplaşma qalmışdı. Onlar darmadağın edilmiş, döyüş texnikasını, silah anbarlarını, kazarmalarını itirmiş vəziyyətdə idi. Daha sonra Ermənistandan xidmətə çağırılanların bir çoxu bu dəstələrin sıralarını tərk etdi.

Elə erməni mənbələrində yer alan xəbərlərdə deyilirdi ki, onlar məzuniyyət üçün Ermənistana gediblər və geri qayıtmaqdan imtina ediblər. Ermənistan Müdafiə Nazirliyi bu əsgərləri xəlvəti, hansısa yüklərin altında gizlədib Xankəndinə göndərməyə cəhd etsə də valideyinlər bundan xəbər tutub günlərlə yolu bağlamışdılar, aksiyalar keçirmişdilər. O cümlədən qondarma "dqr ordusunda" müqavilə əsasında xidmət edən Ermənistan vətəndaşlarının əksəriyyəti (müharibədən sağ çıxanlar) müqavilələrini ləğv etmişdilər.

Sonradan Ermənistandan bir neçə dəfə mülki geyimdə hərbçilərin Azərbaycan ərazilərinə göndərilməsi halları baş vermişdi və Azərbaycan tərəfi bu hallarla bağlı həm erməni tərəfinə sərt xəbərdarlıq etmişdi, həm sülhməramlı qüvvələrə belə halların qarşısını almaq tələbini çatdırmışdı. Bu baxımdan təxmin edilir ki, ötən bir il ərzində sülhməramlıların nəzarətindəki ərazilərdə mövcud olan qanunsuz silahlı birləşmələrin sıraları xeyli seyrəlib. Orada əsasən Qarabağdan olan ermənilər “çağırışçılar” adı altında və ya müqavilə əsasında qalıblar. Növbəti çağırışda isə Ermənistandan müharibədən əvvəl çağırılanların sağ qalanlarının qalan hissəsi də bu əraziləri tərk edib qayıdacaq. Sülhməramlı qüvvələrin nəzarətindəki ərazilərdə əsasən yaşlılardan ibarət olmaqla cəmi 25-30 min əhalinin qaldığı nəzərə alınarsa bu qədər əhali hesabına “ordu” adı altında uzağı 3-4 minlik silahlı dəstə formalaşdırmaq olardı...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay