Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artan təəccübdən başqa heç nə doğurmur”


Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi qərarının Rusiya Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadənın səsləndirdiyi fikirlər Rusiyada birmənalı qarşılanmayıb


Virtualaz.org xəbər verir ki, Rusiya XİN bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri H.Hacıyevin Ümumrusiya Azərbaycan Konqresinin məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı yeni bəyanatı ilə tanış olduq. Məhkəmə qərarına səbəb, məlum olduğu kimi, həmin ümumrusiya ictimai təşkilatı tərəfindən federal qanunvericiliyin çoxsaylı pozuntuları olub”.

Daha sonra rusiyalı diplomatlar bəyanatda səsləndirilən fikirlərlə bağlı təəccüblərini gizlədə bilmədiklərini vurğulayırlar: “Bu məsələ ilə əlaqədar tərəfimizdən ətraflı izahat verilib. Lakin cənab H.Hacıyev, fikrimizcə, bir qədər qəribə fikrini davam etdirir ki, Rusiya məhkəməsinin elə Rusiya ictimai təşkilatı barəsində verilmiş qərarı nəinki Azərbaycana qarşı “qeyri-dost addımıdır”, hətta hansı yollasa Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını çətinləşdirə bilər. Bu bizdə artan təəccübdən başqa heç nə doğurmur”.

Rusiya Azərbaycanla iki dövlətin liderləri – V.Putinlə İ.Əliyev tərəfindən müəyyənləşdirilmiş və dəfələrlə təsdiq edilmiş strateji tərəfdaşlığı və münasibətlərin hərtərəfli möhkəmləndirilməsi kursunu yüksək qiymətləndirir. Ölkələrimizin ikitərəfli və beynəlxalq qarşılıqlı anlaşmaya dair geniş perspektivləri var. Buna uydurulmuş problemlərlə kölgə salmağa ehtiyac varmı?” – Rusiya XİN-in bəyanatı bu sözlərlə bitir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar