Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA və “Rosselxoznadzor”un nümayəndələri müəssisələrin qeydiyyatı məsələsini müzakirə ediblər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub...

AQTA-dan Poliqon-a bildirilib ki, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak ediblər.

Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.

“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər. AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində Agentliyə göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin, vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar