Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqiyə Naxçıvanlı direktordan 400 min manat rüşvət alıb? – Müəmmalı susqunluq

Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru Natiq Məmmədov 10 il həbs cəzası alıb. Üç ayrı cinayət törətməkdə ittiham olunan Natiq Məmmədov bu əməlləri 2012-2014-cü illərdə edib. Maraqlıdır ki, N.Məmmədov 2020-ci ildə həbs olunub.

PİA.az Musavat.com-a istinadla xəbər verir ki, onun cinayət işində bir çox maraqlı məqamlar üzə çıxıb.

Natiq Məmmədov 2012-ci ildə Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin filialın sabiq direktoru İsa Veysovdan 400 min manat məbləğində pul alıb.

Bundan başqa, Natiq Məmmədov 2014-cü ilin may ayında saxta sənədlərlə “Finca Azərbaycan”dan 15 min 600 manat kredit götürüb.

Bir nəfərdən isə FHN-ə işə düzəltmək adı ilə 5000 manat alıb. Sonra bu məbləği qaytarıb.

Araşdırmalar zamanı məlum olub ki, Natiq Məmmədov İsa Veysovdan 650 min manat istəyib. Deyib ki, həmin məbləğin 400 mini Müəllimlər İnstitutunun keçmiş rektoru, indiki deputat Aqiyə Naxçıvanlıya verilib.

N.Məmmədov bunu belə izah edib ki, yoxlama məhz Aqiyə Naxçıvanlının məktubu ilə başlayıb. İstintaq zamanı həmin məktub da sübut kimi qiymətləndirilib.

Görüş zamanı N.Məmmədov İsa Veysova deyib ki, sifarişlə onu məhv etmək üçün göndərilib. Əgər dediklərini etsə, canını qurtara biləcək. İsa Veysov daha əvvəl yoxlama olduğunu, nöqsan aşkar edilmədiyini desə də N.Məmmədov onu inandırıb ki, əvvəlki yoxlamaların nəticəsi heç nəyi dəyişmir.

İsa Veysovdan telefonunu söndürməsini istəyən Natiq Məmmədov kağıza 650 min rəqəmini yazaraq ona uzadıb. İsa Veysov sifarişin yuxarıdan gəldiyinə inanaraq onunla razılaşıb. 400 mini verəndən sonra Natiq Məmmədov audit yoxlamalarının nəticələrini açıqlamayıb. Amma 250 mini də tələb etməkdə davam edib. İsa Veysova deyib ki, 400 mini Aqiyə Naxçıvanlıya verib, amma özünə heç nə çatmayıb.

Həmin ərəfədə Natiq Məmmədov İsa Veysova söz verib ki, bu pullar ödənsə, Aqiyə Naxçıvanlı onu yenidən direktor qoya bilər. Amma N.Məmmədov onu aldadıb.

İsa Veysov 2013-cü ildə Natiq Məmmədovun əməllərindən şikayət edib. Bundan sonra İsa Veysovun özünə də cinayət işi açılıb. Filialdakı qanunsuzluqlar üzə çıxarılıb. Yoxlamalar davam edən ərəfədə İsa Veysovun səhhəti ağırlaşıb, insult keçirib.

Nə istintaq zamanı, nə də məhkəmə zamanı bu cinayətin niyə məhz 10 il sonra üzə çıxması məlum olmayıb. Aqiyə Naxçıvanlı isə yarım milyona yaxın rüşvət ittihamında adı çəkilsə də nə istintaq orqanında, nə də məhkəmədə dindirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ən çox oxunanalar