Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana ölümlərinin sayı azalıb


“Azərbaycanda ana ölümlərinin sayı azalıb. Ana ölümü göstəricisi ötən il hər 100 min doğulmuşa 13,8 promil olub”


Bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirilən tədbirdə bildirib.

Baş mama-ginekoloqun sözlərinə görə, hamilələrin qadın məsləhətxanalarına vaxtında müraciəti xəstəliklərin və ağırlaşmaların qarşısını almaq üçün vacibdir. “Qadın məsləhətxanaları 11 sahə üzrə fəaliyyət göstərir. Onların işi hamilələrin müayinəsi ilə yekunlaşmır. Hamiləliyin planlaşdırılması, qadınların sağlamlığı, doğuş və doğuşdan sonra yardımların göstərilməsi, onkoloji xəstəliklərin vaxtında aşkarlanması, sağlam həyat tərzinin təbliğatı, ana ilə uşaq arasında münasibətin formalaşması üçün analıq məktəblərinin təşkili də qadın məsləhətxanalarının işidir. Hətta sağlam hamilə qadın da ən azı 7 dəfə mürciət etməlidir. Təəssüf ki, hamilə qadınlar vaxtında həkimə müraciət etmirlər və hamiləlik zamanı ağırlaşan xəstəliklər vaxtında müalicə olunmur”, -S.Məmmədova qeyd edib.

Həkim deyib ki, üç aylığında ana bətnində olan döl artıq formalaşmağa başlayır. Vaxtında müraciət olunan döldə hansısa kobud qüsurlar varsa, bunu həmin müddətdə görmək mümkündür. Həmin qüsurlar yaşama qabiliyyəti olmayan qüsurdursa, onda qadına tibbi şəraitdə bu hamiləliyi sonlandırmaq təklif edilir.

Baş mama-ginekoloq onu da vurğulayıb ki, bütün dünyada olduğu kimi son vaxtlar Azərbaycanda da uşaqlıqdan kənar hamiləliklərin sayı artıb: “Uşaqlıqdan kənar hamiləliyin erkən aşkarlanması vacibdir. Çünki bunu vaxtında aşkar etdikdə cərrahiyə müdaxilə olmadan aradan qaldırmaq mümkündür. Qadın hamiləliyin 6-7 həftəlik müddətində həkimə müraciət edərsə, qadın məsləhətxanasının həkimi hamiləliyin uşaqlıq və ya boruda olmasını təyin edir. Müasir texnologiyalar imkan verir ki, xüsusi dərmanlardan istifadə edərək xəstəxana şəraitində heç bir cərrahiyyə əməliyyatı ilə müdaxilə etmədən qadını bu hamiləlikdən sağlam şəkildə xilas edə bilək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar