Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalıların təqribən yarısı Ukraynaya yardımın əleyhinədir...

Amerikalıların 48%-i ABŞ-ın Ukraynaya yardıma çox pul xərclədiyini düşünür...

Miçiqan Universitetinin sorğusuna əsasən amerikalı seçicilərin təxminən 48%-i ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımı üçün “həddən artıq çox” xərclədiyini düşünür.

Polqion xəbər verir ki, sorğunun nəticələrini Britaniyanın “Financial Times” qəzeti dərc edib. Respondentlərin 27%-nin fikrincə, Vaşinqton Ukraynanı dəstəkləmək üçün “düzgün məbləğ” xərcləyir, 11%-i bunu qeyri-kafi hesab edir.

Nəşr qeyd edir ki, respondentlərin 30%-i İsrailə yardımın maliyyələşdirilməsinin hazırkı səviyyəsi ilə razılaşıb. Respondentlərin 40%-i hesab edir ki, Birləşmiş Ştatlar bu məqsədlər üçün çox pul xərcləyir.

Miçiqan Universitetinin ekspertləri Ukrayna və İsrailə hərbi və maliyyə dəstəyi ilə bağlı yüksək səviyyədə fikir ayrılığını amerikalıların ABŞ iqtisadiyyatının vəziyyətindən narahatlığı ilə izah ediblər. Respondentlərin yalnız 25%-i ölkə iqtisadiyyatını “əla” və ya “yaxşı” düşünür.

Noyabrda Ağ Ev Ukrayna və İsrailə 106 milyard dollar yardımı təsdiqləyib. Lakin Senat hələ də vəsaitin köçürülməsi ilə bağlı razılığa gələ bilməyib. Respublikaçılar xarici ölkələrə yardım paketlərinin daha sərt immiqrasiya qanunları ilə əlaqələndirilməsini tələb edirlər.

Bu gün, dekabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşmək üçün ABŞ-a gedib. Dekabrın 12-də keçiriləcək danışıqlarda Ukrayna ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar