Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalılar mövcud siyasi sistemdən narazıdır

ABŞ-da praymerizlərin bütövlüyünə, prezidentin seçilmə üsuluna və amerikalıların maraqlarını müdafiə edən partiyalara dair şübhələr səbəbindən siyasi sistemdən məyus olan vətəndaşların sayı artmaqdadır...

Poliqon xəbər verir ki, bunu Associated Press Agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

"ABŞ-da böyüklərin yarısından bi qədər az hissəsi - 46 faizi ölkə liderlərinin seçilmə üsulu ilə bağlı bədbin olduqlarını deyirlər", deyə nəşr qeyd edir.

Bundan əlavə, ABŞ-da yetkin insanların təxminən 1/4-i həm Demokratlar Partiyasının, həm də Respublikaçılar Partiyasının öz prezidentliyə namizədlərini ədalətli seçdiyinə "yalnız bir az" əmin olduqlarını və ya "heç də əmin olmadıqlarını" ifadə edirlər.

Materialda həmçinin qeyd olunur ki, respublikaçıların 1/3-i və müstəqil seçicilərin təxminən 45 faizi Respublikaçılar Partiyasının yanlış istiqamətdə getdiyinə inanır. Demokratların təxminən 1/4-i və müstəqil ABŞ seçicilərinin 41 faizi Demokratlar Partiyası haqqında eyni fikirdədir.

Sorğunun nəticələrinə əsasən, hər iki partiyanın tərəfdarları arasında irəli sürülən namizədlərlə bağlı narahatlıqlar artıb: Amerikalılar dövlət başçısı vəzifəsinə irəli sürülən şəxsin ümumi seçkilərdə qalib gələ biləcəyinə əmin deyillər.

"Bundan əlavə, hər iki tərəfdə yeni namizədlərin öz partiyalarının və ya bütövlükdə amerikalıların fikirlərini təmsil edəcəklərinə şübhə var", deyə agentlik yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar