Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Rusiya rəhbərliyi Qərbin Ukraynaya dəstəyinin zəifləməyə başlayacağına ümid etməməlidir...
Poliqon "Der Spiegel"ə istinadən xəbər verir ki, o, bu barədə Polşa və Fransadan olan həmkarları ilə görüşdən sonra bildirib.
"Əgər Putin gücümüzün zəiflədiyinə, dəstəyimizin zəiflədiyinə inanırsa, tamamilə yanılır", deyə Berbok qeyd edib.
Nazir vurğulayıb ki, Avropa ölkələri lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək. Berbok qeyd edib ki, əgər Almaniya, Fransa və Polşa bu məsələdə koordinasiyanı gücləndirsələr, dəstək daha effektli ola bilər.
"Ukraynaya yatırdığımız milyardlarla dollar, həm də öz təhlükəsizliyimizə qoyulan milyardlarla dollar sərmayədir", deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Annalena Berbok Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib. XİN rəhbəri bildirib ki, münaqişənin dondurulması gələcəkdə Ukraynanın suverenliyinin itirilməsinə gətirib çıxaracaq və Rusiyanın Avropanın təhlükəsizliyinə təhdidləri davam edəcək.
Berbok hesab edir ki, dondurulmuş münaqişə Moskvanı gücləndirəcək, həm də onun hərbi potensialını bərpa edəcək. Onun sözlərinə görə, Rusiya Federasiyası Qərblə qarşıdurmanı başqa ölkələrin ərazilərinə köçürə bilər.
Poliqon.info