Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Əli Azərbaycanı tərk edib


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin gah xəstələnərək işə çıxmadığı, gah xaricə müalicəyə getdiyi, gah da vəzifəsindən azad edildiyi barədə söz-söhbət danışılır


Akif Əlinin son günlər telefonlarını qapatması, özünün Facebook profilini bağlaması belə söz-söhbətlərə səbəb olub. Onun işdən çıxarıldığını iddia edənlər səbəb kimi Akif Əlinin bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikri əsas gətirirlər.
 
Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə təhqir dolu şərhlərə tuş gəldi.  Bunran sonra Facebook-dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.
 
Saytın əmıkdaşları ənnəlcə baş nazirin müavini, bir neçə gün qabaq Akif Əli haqqında hədə dolu açıqlama verən Abid Şərifovla əlaqə saxlayıb.
 
 
Lakin A.Şərifov “mən belə məsələlərlə məşğul deyiləm” söyləməklə A.Əli haqqında danışmaqdan imtina edib.
 
Əməkdaşımız daha sonra Akif Əlinin yaxın qohumu - qaynı, Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb.
 
Deputat bildirib ki, hər kəsin səhətində problem yarana və bununla əlaqədar xaricə müalicəyə gedə bilər. Akif müəllim də həmçinin:
 
“Təxminən 17 il bundan əvvəl Akif Əli çox ağır əməliyyat keçirmişdi. Hətta ölüm-qalım ayağında idi. O, sonralar bir neçə dəfədə  əməliyata məruz qaldı. Akif Əli Azərbaycanın görkəmli yazıçısı, elmlər doktorudur. O, mühüm dövlət postunda çalışır. Hazırda Akif Əlinin səhəti normaldır. Sadəcə olaraq müayinə olunmaq üçün xaricə gedib”. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar