Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi böyük bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan “Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb

Qeyd edək ki, bu əsər Akademik Musiqili Teatrında 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda bir neçə dəfə səhnəyə qoyulub. Bu dəfə isə quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov “Beş manatlıq gəlin”ə müraciət edib.

Tamaşanın süjet xəttindəki hadisələr məişət mövzusunda olsa da, geniş və dərin məna çalarları ilə, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradır. Burada saf sevgiyə maneə olan köhnəfikirli və dardüşüncəli mənfi obrazların gülüş hədəfinə çevrilməsi isə tamaşada maraqlı situasiyalar yaradır.

Səhnə əsərində Kəblə Hüseynəli, Səlbi, Naznaz, Nadir, Qiyas, Gülnaz, Tahir, Möhsün obrazlarını Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Əkbər Əlizadə, aktyorlar – Möylə Mirzəliyev, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

pia.az


Etiket: Musiqili Teatr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar