Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-nin bəzi ölkələri sülhə mane olmağa cəhd edir - Elçin Əmirbəyov

Aİ-nin ayrı-ayrı ölkələrinin mövqeləri Cənubi Qafqazda sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir.

Poliqon Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

"Avropa İttifaqı müəyyən mərhələdə Ermənistanla Azərbaycan arasında sülh prosesi çərçivəsində mövqelərin yaxınlaşması məsələsində mühüm rol oynayıb. Azərbaycanın mümkün qədər tez bir vaxtda sülh prosesini və Ermənistanla sülh sazişinin razılaşdırılmasını başa çatdırmaq cəhdini dəstəkləmələri üçün Aİ ölkələrinə müraciət etmək istərdim.

Bu, düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqazın tədricən normal həyata başlamasına, bütün ölkələrin mehriban qonşular olmasına imkan verəcək. Bu perspektivə zərər verə biləcək bütün fəaliyyət və açıqlamalardan çəkinmələrini xahiş etmək istərdim. Əfsuslar olsun ki, Avropa İttifaqı hələ tam vahid struktur deyil və ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir", - o deyib.

E.Əmirbəyovun fikrincə, Aİ birbaşa qonşuluğunda, Cənubi Qafqazda artıq perspektiv yeni müharibələr olmazsa, xoşbəxt olmalıdır.

"Bunun üçün bəzən Ermənistan cəmiyyətində bəzən eşidilən istənilən revanşizm cəhdlərini rədd etmək və Azərbaycanın və ümid edirəm ki, Ermənistanın sülh sazişi üzərində işi başa çatdırmaqla bağlı xoş məramını təşviq etmək lazımdır. Beləliklə, düşünürəm ki, ErmənistanAzərbaycan yaxın zamanda sülh sazişi imzalasalar, Avropa bundan yalnız qazanacaq. Avropa ölkələri bu prosesə əhəmiyyətli dərəcədə kömək edə bilmirlərsə, ən azından buna mane olmamalarını gözləyirik", - deyə o əlavə edib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Ən çox oxunanalar