Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ İsraildəki müharibəyə görə X sosial şəbəkəsinin işini araşdırır

Avropa İttifaqı İsraildəki münaqişə ilə bağlı dezinformasiyanın yayılmasını yoxlamaq üçün X sosial şəbəkəsində (keçmiş Twitter) araşdırmaya başlayıb...

Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, pozuntu aşkar edilərsə, İlon Maskın platformasının sanksiyalarla üzləşəcəyi gözlənilir.

Sosial şəbəkənin 2023-cü ilin avqustunda qüvvəyə minmiş rəqəmsal xidmətlər üzrə yeni Avropa qanunvericiliyinin tələblərinə uyğunluğu sınaqdan keçirilməli olacaq. Bu qanuna əsasən, sosial media operatorlarından Avropa Komissiyası tərəfindən dəstəklənən müstəqil fakt yoxlayıcılar şəbəkəsi tərəfindən yalan olduğu müəyyən edilən məlumatları silmək tələb olunur. Əks halda, operatorları şirkətin qlobal gəlirlərinin 6%-i məbləğində cərimə gözləyir. "Politico"nun məlumatına görə, bu, Aİ-də ilk belə araşdırmadır.

Daxili bazar komissarı Tyerri Breton bildirib ki, rəqəmsal xidmətlər haqqında qanun böhran zamanı da daxil olmaqla ifadə azadlığını və demokratiyanı qorumaq məqsədi daşıyır. O iddia edir ki, "X"in dərc etdiyi HƏMAS kadrları Aİ daxilində qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə olunur.

X-in sahibi, amerikalı iş adamı İlon Mask Avropa komissarı Tyerri Bretonun ittihamlarını rədd edərək, onun sosial şəbəkəsinin açıq və şəffaf platforma olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Avropa Komissiyası sosial şəbəkələrdə yayıldığı iddia edilən dezinformasiyaya dair konkret nümunələr təqdim etməyib. Mask əlavə edib ki, "X" bütün hesabların açıq məlumat mənbələri hesab edilməsi siyasətini izləyir.

"X" şirkətinin Baş İcraçı Direktoru Linda Yaccarino Breton tərəfindən açıqlanan məktubda qaldırılan narahatlıqlara cavab verərək, şirkətin "sürətlə inkişaf edən münaqişənin əməliyyat ehtiyaclarını ödəmək üçün aktiv şəkildə işlədiyini" deyib.

Avropa Komissiyası qərar qəbul edəcək, onun nəticələri oktyabrın 31-dən sonra rəsmi proseslərin başlanmasına səbəb ola bilər.

Qeyd olunur ki, Breton "Meta" şirkətinin rəhbəri Mark Zukerberqə də məktub göndərərək, ondan şirkətin sosial şəbəkələrindəki səhifələrdən dezinformasiyanı silməyi və görülən işlərlə bağlı 24 saat ərzində hesabat təqdim etməyi tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Almaniya millisinin sabiq futbolçusunun Bakıya səfərinin səbəbi müəyyənləşib

Ən çox oxunanalar