Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağıllı” güzgü peşəkar kosmetik məsləhət verəcək

Tayvanın informasiya texnologiyaları şirkətinin baş direktoru Saymon Şenin həyat yoldaşı ondan bütün vaxtını həsr etdiyi texnoloji layihələrin nə olduğunu soruşub

S.Şen xanımına daim gözəl qalmağa kömək edəcək səs köməkçisi ilə təchiz edilmiş güzgünü layihələşdirdiyini deyib.

"HiMirror Mini Premium" sensor ekrana və yüksək keyfiyyətli kameraya malik planşet kimi işləyir. Qurğu sifətin əksini göstərməklə yanaşı, şəkilə real vaxt rejimində müxtəlif effektlər əlavə edə bilir.

Onun "ağıllı" olmasının əsasında dəridə qırışlar, ləkələr, nahamarlıq, dəri məsamələri, sifətin xəstə görünüşü, nəmlənmə və piqmentasiya kimi vacib kosmetik qüsurların tanınması üçün yaradılmış "Skin Analysis Engine X" xüsusi xidməti dayanır.

Qeydə alınmış qüsur ekranda əks olunur.

"Ağıllı" güzgünün 3 əsas vəzifəsi vardır: istifadəçinin sifətindəki kosmetik çatışmazlıqları göstərmək, onların aradan qaldırılması üçün vasitələri təklif etmək və bu qüsurları makiyajın köməyi ilə gizlətmək yollarını təqdim edir.

Bu il noyabrın 5-də satışa çıxarılacaq güzgünün qiyməti 300 ABŞ dolları təşkil edir. (azərtac)

pia.az


Etiket: Tayvan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar