Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaş sakinləri vəhşi heyvanın hücumuna məruz qalıblar


Ağdaş rayon sakinləri çaqqal hücumuna məruz qalıb


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydə alınıb. Bu gün səhər saatlarında kəndin mərkəzi hissəsində 1959-cu il təvəllüdlü Əbilova Nərminə Tacəddin qızı qəflətən çaqqalın hücumuna məruz qalıb.  Çaqqal qadının qollarına və ayaqlarına ağır xəsarətlər yetirib. Onun qışqırıq səsini eşidən qonşu 1974-cü il təvəllüdlü Yusifova Roza Şəmil qızı kömək etmək üçün qadının yanına gəlib. Vəhşi heyvan Roza Yusifovaya hücum edərək onu da yerə yıxıb. Roza Yusifovanın ayağına, sinəsinə və qollarına ağır xəsarətlər yetirib. R. Yusifova əlbəyaxa olduğu çaqqalı çətinliklə də olsa, boğaraq öldürüb.
 
Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara quduzluğa qarşı vaksinlər vurulub, lazımı tibbi yardım göstərilib.
 
Xəsarət alan Nərminə Əbilova APA-nın yerli bürosuna bildirib ki, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar