Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evin qarşısında bir nəfər özünü yandırıb - Foto-Video

Hadisə prezident Donald Tramp administrasiya binasında olarkən baş verib

Vaşinqtonda, Ağ Evin yaxınlığındakı “Ellips” parkında bir kişi özünü yandırıb.

İnsident mayın 29-da, günorta vaxtı, prezident Donald Tramp administrasiya binasında olarkən baş verib.

Sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür.

Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib:

“O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük”.

Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib.

Hadisə yerinə ilk gələn polislər və xüsusi xidmət orqanlarının əməkdaşları yanan kişiyə ilk yardım göstərib, hospitala aparıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Parkda xidmət göstərən polisin söylədiyinə görə, həmin şəxs Merilend ştatının Betesda şəhər sakini Arnav Qupta olub.

“Ellips” parkı Ağ Evin cənub tərəfində yerləşən böyük çəmənlikdən ibarətdir. Bu parkda turistlər prezidentin helikopterinin havaya qalxdığını müşahidə edə bilirlər. Ağ Evə yaxın olduğu üçün parkın ərazi gücləndirilmiş mühafizə altındadır.(oxu.az)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar