Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika liderlərinin vasitəçiliyi və Putinin imtina cavabı...

Vladimir Putin Afrika liderləri ilə görüşdə onların Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması planının əsas bəndlərini rədd edib...

Poliqon xəbər verir ki, bu qənaətə Qərb mətbuatı Rusiya prezidentinin danışıqların yekunlarına dair bəyanatında əsasən gəlib.

Bloomberg yazır ki, Putin Afrika liderlərinin bir çox təkliflərini və Sankt-Peterburq danışıqlarını rədd edib. Associated isə Press isə Afrika missiyası görünən nəticələr vermədiyini qeyd edib.

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa planın 10 əsas bəndini, o cümlədən münaqişənin hər iki tərəf tərəfindən deeskalasiyası, danışıqların başlanması və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinin tanınması ilə bağlı danışıb və tərəfləri danışıqlara başlamaq üçün atəşkəsə çağırıb. O, danışıqların ilkin mərhələsini Qara dənizdən taxıl ixracına, hərbi əsirlərin mübadiləsinə və hərbi əməliyyatlar zonasının müharibədən sonrakı bərpasına həsr etməyi təklif edib.

AP yazır ki, Komor adaları, Seneqal və Cənubi Afrikanın prezidentləri planın digər bəndlərini təqdim etməyə başlayandan az sonra Putin sənədin əsas müddəalarına, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində münaqişənin həllinə etiraz edərək onların sözünü kəsib. Rusiya prezidenti müharibənin başlamasında və onun Afrika üçün nəticələri ilə bağlı, o cümlədən ərzaq qiymətlərinin artmasında Ukrayna və Qərbi günahlandırıb.

Putin həmçinin Afrika liderlərinə bildirib ki, Moskva Ukrayna tərəfi ilə danışıqlardan heç vaxt imtina etməyib, lakin Rusiya dəfələrlə bildirib ki, istənilən sülh planı “yeni reallıqları”, yəni Ukraynanın beş regionunun Rusiyaya birləşdirilməsini nəzərə almalıdır.

Qeyd edək ki. Putinlə görüşdən əvvəl Afrika ölkələrinin liderləri Kiyevə səfər edib və burada Ukrayna prezidenti ilə sülh planlarını müzakirə ediblər. Vladimir Zelenski yalnız Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə sülh danışıqlarının mümkünlüyünü bəyan edib. AP qeyd edir ki, Komor adalarının prezidenti Azali Assumaninin sülhə doğru “yol xəritəsi” yaratmaq təklifindən sonra Zelenski bu “xəritəyə” aydınlıq gətiriliməsini istəyib və Afrika liderlərinin Putinlə görüşündən heç bir sürpriz gözləmədiyini bildirib.

Qeysd edək ki, şənbə günü Komor adaları, Seneqal, Cənubi Afrika və Zambiyanın liderləri, həmçinin Misirin baş naziri və Konqo Respublikasının və Uqandanın yüksək vəzifəli nümayəndələri Sankt-Peterburqda Vladimir Putinlə görüşüblər. Görüşdə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planı müzakirə edilib. Reuters-in məlumatına görə, plana Rusiya qoşunlarının Ukraynadan çıxarılması, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı orderinin dayandırılması, Belarusdan taktiki nüvə silahlarının çıxarılması və sanksiyaların ləğvi kimi təkliflər daxil edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar