Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyev bir ailəni daxmasından qovdu - Foto, Yenilənib


Bakıda insanların əslində heç bir iri şəhərdə görməyə öyrəşmədiyi, ağlımıza gətirməkdə belə çətinlik çəkdiyimiz qeyri-adi bir "ada-ev” var


Bu gün polisə aparılan "ada-ev"in sahibi Ələkbər Hüseynov artıq sərbəst buraxılıb.

Ələkbər Hüseynov virtualaz.org saytına bildirib ki, o, polis bölməsində təxminən 1 saat qalıb. Yəni prezident əraziyə baxış keçirəndən sonra polis onları azad edib. Sabunçu Rayon Polis İdarəsindən isə Ə.Hüseynov və onun qardaşının polisə aparılması ilə bağlı deyilənləri təkzib etdilər.

 Bu gün o evin sakinlərinin başına sözün əsl mənasında oyun açıblar.

Belə ki, polislər Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin göstərişi ilə Hüseynovlar ailəsini bu gün sürüyərək daxmasından çölə çıxarıb. Onlar Post-Patrul Xidmətinin maşınına mindirilərək polis bölməsinə aparılıblar.


PİA.AZ xəbər verir ki, bu məlumatı virtualaz.org saytına ev sahibi Ələkbər Hüseynov özü verdi. Ələkbər Hüseynovun sözlərinə görə, o və qardaşı Murad Hüseynov hazırda Sabunçu Rayon Məhkəməsindədirlər.

Hadisəyə isə prezident İlham Əliyevin bu gün Bakı Olimpiya Stadionundakı tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə Böyükşor qəsəbəsinə getməsi səbəb olub. Belə ki, prezidentin gəlişindən xəbər tutan icra başçısı həmin ailəni evindən çıxarıb. Məqsəd isə onların səslərini "batırmaq” olub.

Ələkbər Hüseynov bildirdi ki, əvvəl onların evinə nəzarət üçün iki polis əməkdaşı gəlib. Polislər ev sahiblərinə onlarla birlikdə evdə olacaqlarını, mənzildən çıxmamaq, gözə görünməmək üçün onlara nəzarət edəcəklərini deyiblər: "Biz buna etiraz etmədik. Daha sonra Sabunçunun icra başçısı Adil Vəliyev özü evimizə gəldi. Dedi ki, burada qala bilməzsiniz. İcra başçısı polislərə göstəriş verdi ki, bizi evdən zorla çıxarsınlar. Məni, qardaşımı, həyat yoldaşımı və iki uşağımı sürüyərək evdən çıxardılar. Fikirləşdilər ki, birdən biz evdən çıxıb prezidentə müraciət edərik, dərdimizi, məmurlardan şikayətimizi deyərik. Ona görə də bizi təcrid etdilər”.

Ə.Hüseynov həyat yoldaşı və iki uşağının icra nümayəndəliyinə, qardaşı Muradla onu isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə aparıldığını söylədi. Hər iki qardaş daha sonra bölmədən Sabunçu Rayon Məhkəməsinə aparılıblar.

Ə.Hüseynov onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəli sürüldüyünü və hazırda məhkəmə binasında saxlanıldıqlarını dedi. Bu gün saat 15:00-da hakim İlqar Abbasovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, Hüseynovlar ailəsi evlərinin sökülməsinin müqabilində onlara verilən kompensasiyanın məbləği ilə razılaşmır. "Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi stadionun tikintisi ilə bağlı bütün qonşularının köçməsinə rəğmən heç yerə getməyəcəklərini deyirlər. Onlar bir ildən çoxdur ki, qaz, işıq və susuz qalıblar və ədalətli kompensasiya üçün Sabunçu RİH-lə mübahisə və mübarizədədirlər.

Hüseynovlar ailəsi evlərinin sahəsinin düzgün hesablanmadığını, onlara çatacaq kompensasiyanın az olduğunu deyir və 40 ildən artıqdır yaşadıqları sənədli evlərinin qanunsuz şəkildə sökülməsi cəhdinə etiraz edir.








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar