Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Əliyev koronavirusa yoluxan idmançının səhhəti ilə maraqlandı  

Professor Surxay Musayev idmançının səhhəti ilə bağlı məlumat verib...

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayevlə əlaqə saxlayıb.

PİA.az-ın xəbərinə görə, professor idmançının vəziyyətinin qənaətbəxş olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirmişdir.

Adil Əliyev öz növbəsində Surxay Əliyevin timsalında bütün tibb işçilərinə minnətdarlığını bildirib. Daha sonra Bayram Əliyevlə danışıb, ona və bütün xəstələrə Allahdan şəfa diləyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu çətin sınaqdan üzü ağ çıxacağını bildirib. Adil Əliyev pandemiya təhlükəsinə qarşı, ciddi yanaşmağa çağıraraq, bu virusun yaşlı və gənc olmasından asılı olmayaraq, hər kəsi təhdid etdiyini bildirib. Eyni zamanda idmançıların bu virusa yoluxmasının vəziyyətin ciddiliyinin əyani təsdiqi olduğunu bildirib. Bütün vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyib.(Pravda.az)

pia.az


Etiket: Adil Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar