Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ “Yahoo”ya hücumlarda rusiyalı hakerləri ittiham edəcək


ABŞ Ədliyyə Nazirliyi yaxın günlərdə “Yahoo” şirkətinə qarşı kiberhücumlarla bağlı rəsmi ittiham irəli sürməyə hazırlaşır


Lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, haker hücumlarında 4 nəfər şübhəli bilinir. Onlardan 3-ü hazırda Rusiyada, 1-i isə Kanadada yaşayır. ABŞ hüquq-mühafizə orqanları bu şəxslərin tezliklə yaxalanmasına çalışacaq.
 
“​Yahoo” bir neçə dəfə istifadəçi məlumatlarının ələ keçirilməsi barədə məlumat yayıb. 2016-cı ilin sentyabrında şirkət 2014-cü ildə baş vermiş haker hücumu nəticəsində 500 milyon istifadəçiyə aid məlumatların oğurlandığını açıqlayıb. Hakerlər istifadəçilərin adlarını, elektron poçt ünvanlarını, telefon nömrələrini, login və parollarını ələ keçiriblər.   
 
Ötən ilin dekabrında isə şirkət yeni haker hücumunu aşkara çıxardığını bəyan edib. Bu hücum nəticəsində 1 milyarddan çox istifadəçinin məlumatları oğurlanıb.

Kiberhücum halları ilə əlaqədar “Verizon” şirkəti “Yahoo”nu əvvəlki razılaşmadan 350 milyon dollar daha ucuz qiymətə alacaq. Sövdələşmənin məbləği 4,48 milyard dolar təşkil edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar