Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Səudiyyəyə hücum silahlarının tədarükünə qoyulan qadağanı götürmək istəyir

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə 2021-ci ildə tətbiq edilən məhdudiyyətləri yumşaltmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə "The New York Times" Ağ Evdəki rəsmilərə istinadən yazıb.

Materialda bildirilir ki, bu qərara səbəb Ər-Riyadla Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının üzvləri arasında aparılan danışıqlar olub. Eyni zamanda, jurnalistlərin fikrincə, krallıq ABŞ istehsalı olan silahların ən böyük alıcılarından biridir.

Nəşrin müəllifləri qeyd edir ki, Səudiyyə Ərəbistanı hökuməti indi ölkənin cənub sərhədini gücləndirmək isrtəyir. Söhbət Yəmənə bitişik ərazilərdən gedir.

Üstəlik, Ər-Riyad nümayəndələri şəxsi söhbətlərində Yaxın Şərq münaqişəsinin mümkün eskalasiyasına hazırlaşmağın zəruriliyindən danışırlar. Bu fonda Amerika hakimiyyəti krallığa hərbi texnikanın ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı planlaşdırır.

Bununla belə, nəşrin məlumatına görə, məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib. Eyni zamanda ABŞ Konqresinin bəzi üzvləri bu təşəbbüsə qarşı çıxıblar və dövlət başçısını qərarını dəyişməyə məcbur edə bilərlər.

Mənbələrə görə, prezident administrasiyasının bir sıra məmurları 2023-cü ilin sonuna qədər məhdudiyyətlərin yumşaldılmasına nail olmaq istəyiblər. Rəsmilər bu qərarı İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası ilə əlaqələndirməyə çalışsalar da, müvafiq danışıqlar dondurulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar