ABŞ Senatındakı Respublikaçı lider Mitç Makkonnell deyib ki, Çin, Rusiya Federasiyası və İran Amerikanın öhdəsindən gəlməli olduğu yeni “şər oxu”dur...
Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, 81 yaşlı amerikalı senatorun fikrincə, dünya heç vaxt olmadığı qədər böyük təhlükə qarşısındadır.
“Bu, fövqəladə vəziyyətdir və biz bu yeni şər oxu ilə - Çin, Rusiya, İranla mübarizə aparmalıyıq. Çünki bu, ABŞ üçün real təhlükədir”, deyə Senatın Respublikaçı lideri bildirib.
Senator Rusiyanı PUA-lar ilə təchiz etdiyi üçün İranı da terrorun əsas sponsoru adlandırıb. Siyasətçi Çini təcavüzkarları dəstəkləməkdə günahlandırıb və Çin prezidenti Si Tsinpinin “ruslarla sonsuz dostluq” elan etdiyini xatırladıb.
Makkonnelə görə, ABŞ-ın Asiya müttəfiqləri Yaponiya, Cənubi Koreya və Tayvandır. Onların hamısı Ukraynada baş verənlərlə maraqlanır, çünki bilirlər ki, ÇXR lideri bunu izləyir. O vurğulayıb ki, ruslar Ukraynada məğlum olmasa, növbəti hədəf NATO ölkəsi olacaq.
Makkonel əlavə edib ki, ukraynalılara hərbi yardım göstərmək Vaşinqtona sənaye bazasını bərpa etməyə kömək edir, çünki bunun sayəsində 38 ştatda iş yerləri yaradılır.
“Buna görə də Ukraynaya yardımımızın bizim üçün faydalı olmaması barədə fikirlər reallığa uyğun gəlmir”, deyə senator fikrini yekunlaşdırıb.
Poliqon.info