Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları prezidentə İranla bağlı müraciət etdi

Amerikalı senatorlar Tim Keyn (Virginia ştatı, Demokratlar partiyası), Kris Mörfi (Konnektikut ştatı, Demokratlar partiyası) və ABŞ Konqresinin yuxarı palatasının digər 25 üzvü ölkə prezidentı Co Baydenə məktub göndərərək təcili Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qoşulmağa çağırıb.

Bu barədə məktub Tim Keynin rəsmi saytında yayımlanıb.

ABŞ-ın İranla münasibətlərinin yenidən qurulması üçün başlanğıc nöqtəsi olaraq JCPOA-ya və icra prinsipinə qayıtmağı qətiyyətlə dəstəkləyirik.

İran JCPOA tərəfindən qoyulan məhdudiyyətlərə yenidən əməl etmək istəyirsə, Birləşmiş Ştatlar anlaşmaya yenidən qoşulmağa və razılaşmanın tələb etdiyi kimi sanksiyaları yüngülləşdirməyə hazır olmalıdır”, - deyə məktubda qeyd edilir.

Müəlliflər Yaxın Şərqdəki qeyri-sabitlik, kiberhücum təhdidləri və Tehranın ballistik raketlərinin inkişafını davam etmə qabiliyyətindən narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə JCPOA-dan çəkilmə qərarı verib. Bu müqavilə İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən 2015-ci ildə imzalanıb. Vaşinqton administrasiyasının hazırkı başçısı Co Baydenin dəfələrlə ABŞ-ı JCPOA-ya qaytarmağa hazır olduğunu bildirməsinə baxmayaraq, ABŞ hökuməti hələ bu istiqamətdə heç bir əhəmiyyətli addım atmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar