Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Senatı Ukraynaya yardımla bağlı səsvermə üçün tətilə çıxmayıb

ABŞ Senatındakı Demokratik Əksəriyyətin lideri Çak Şumer senatorların tətilləri təxirə salmaq və Ukraynaya əlavə yardımın razılaşdırılması üzrə işi davam etdirmək qərarını açıqlayıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Nümayəndələr Palatası bundan əvvəl bu məsələyə yalnız yanvarda baxılacağını açıqlayıb.

Görüş zamanı Şumer bildirib ki, bugünkü müzakirələrdən sonra Senat bazar ertəsi Ukraynaya yardımın ayrılması məsələsinə qayıdacaq.

“Uğurumuzdan çox şey asılıdır. Biz bilirik ki, dünya bizi izləyir”, deyə Şumer deyib.

Qeyd edək ki, dekabrın 14-də ABŞ Nümayəndələr Palatasının üzvləri milad tətilinə çıxmaq üçün işlərini başa vurublar və tezliklə Senatda iclasını yekunlaşdırmalıdır. Konqresin hər iki palatası 2024-cü il yanvarın 9-da işini bərpa edəcək.

Xatırladaq ki, bir neçə aydır ki, Konqresdə Ukrayna, İsrail və Tayvana maliyyə yardımı verilməsi məsələsi müzakirə olunur. Oktyabr ayında prezident Co Bayden Ukrayna üçün 61,4 milyard, İsrail üçün isə 14,3 milyard dollar yardım ayrılması tələblərini göndərib. Lakin respublikaçılar və demokratlar arasındakı fikir ayrılıqları səbəbindən maliyyə məsələsi 2024-cü ilə qədər təxirə salınır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar