Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Maduronu hədələyib...

Amerika hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronu müxalifətlə razılaşmaları pozarsa, bunun nəticələrinin ağır olacaqğı ilə hədələyib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin çərşənbə axşamı dərc olunmuş yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatlar 33 venesuelalının, o cümlədən demokratik müxalifətin, vətəndaş cəmiyyətinin nümayəndələri, təqaüddə olan hərbçilər və jurnalistlərin həbsinə orderlərin verilməsindən və həbs olunmasından dərin narahatdır”, deyə Amerika xarici siyasət departamentinin nümayəndəsi bildirib.

“Müxalif “Unitar Platforma” və Nikolas Maduronun nümayəndələri tərəfindən 2023-cü ilin oktyabrında imzalanmış seçkiyə hazırlıq sazişlərinin ruhuna uyğun olmayan həbslər əldə olunan razılaşmalarla ziddiyyət təşkil edir. Bu Venesuelalıların demokratik istəklərini qorxu və təhdidlə ilə boğmaq cəhdləridir”, deyə Miller əlavə edib.

ABŞ Dövlət Departamenti qeyd edib ki, Barbadosda imzalanmış sazişin ruhuna və hərfinə zidd olan hərəkətlərin nəticələri olacaq.

“Biz Maduronu və onun nümayəndələrini seçkilərə hazırlıqla bağlı razılaşmaya əməl etməyə, o cümlədən 2024-cü ildə prezident seçkilərinin keçirilməsi üçün dəqiq cədvəlin elan edilməsinə və bütün Venesuelalı siyasi namizədlərin hüquqlarının bərpa olunmasına çağırırıq”, deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, yanvarın 23-də Maduro sağ müxalifəti ölkədə sabitliyi pozmaq və dövlət başçısını, hərbi rəhbərləri və Taçira ştatının qubernatorunu öldürmək planlarının olduğunu elan edib.

2023-cü ilin oktyabrında Barbadosun paytaxtında danışıqlarda Venesuela rəhbərliyi və müxalifət nümayəndələri dialoqun bərpası və 2024-cü ildə Bolivar respublikasında seçki prosesinin təşkili barədə razılığa gəliblər. Sazişlər Venesuelaya və onun institutlarına qarşı istənilən formada siyasi zorakılığın rədd edilməsini, hər bir siyasətçinin öz namizədini sərbəst seçmək hüququnun tanınmasını və seçkilərin bütün iştirakçılarına təminat verilməsini nəzərdə tutur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar