Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi Kapitoliyə hücumla bağlı hesabatı yayıb – Əsas günahkar Trampdır..

Nümayəndələr Palatasının Xüsusi Komitəsi Kapitola hücumu ilə bağlı 814 səhifəlik hesabat dərc edərək 18 aylıq araşdırmanı yekunlaşdırıb...

PİA.az xəbər verir ki, hesabatda Donald Trampı ABŞ-da prezident seçkilərinin nəticələrini ləğv etmək üçün sui-qəsddə ittiham ediblər.

6 yanvar 2021-ci il Kapitol hücumunu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsi keçmiş prezident Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üçün “çoxtərəfli sui-qəsd”ə girərək qanunu pozduğunu və tərəfdarlarının hücumunu dayandırmaq üçün heç bir tədbir görmədiyini iddia edir. Komitə 1000-dən çox şahidi dindirdikdən, 10 dinləmə keçirdikdən və milyonlarla səhifə sənədləri araşdırdıqdan sonra cümə axşamı, dekabrın 22-də 814 səhifəlik hesabat yayaraq 18 aylıq araşdırmanın nəticələrini elan edib.

Hesabatda bildirilir ki, 6 yanvar iğtişaşlarının əsas səbəbkarı T keçmiş ABŞ prezidenti Donald Tramp olub. Çünki iğtişaşda iştirak edənlər onun çağırışı ilə hərəkət ediblər. Hesabatda vurğulanır ki, Trampın seçkiləri tanımamaq haqqlnda əsasız çağırışları olmasaydı, Kapitoliyə hücum da baş verməzdi.

“Kapitoliyə hücum demokratiyanı ciddi şəkildə təhdid edib”

Kapitoliyə hücum “demokratiyanı ciddi şəkildə təhdid edib və Amerika qanunvericilərinin həyatını təhlükəyə atıb”, deyə doqquz ekspertdən ibarət qrupun yekun rəyində bildirilir.

Nümayəndələr Platasının Demokratlar Partiyası fraksiyasının rəhbəri vəzifəsini tərk edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hesabata yazdığı ön sözdə əmin olduğunu bildirib ki, ekspertlərin gəldiyi nəticə Amerika xalqının demokratiyaya sahib çıxmasının zəruriliyini ortaya qoyur: “Bütün amerikalıları bu addımı atmağa çağırmalıdır. Demokratiyamızı ayıq-sayıq qoruyun və yalnız Konstitusiyamızı müdafiə etmək borcunu yerinə yetirənlərə səs verin”, deyə Pelosi bildirib.

Hesabatın səkkiz fəslində ştat və federal səviyyədə məmurlara, qanunvericilərə və keçmiş vitse-prezident Mayk Pensə nəticələri saxtalaşdırmaq və ya qanunu başqa şəkildə pozmaq üçün təzyiqləri təsvir edilir.

ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı ittiham irəli sürməyi tövsiyə edib

Dekabrın 19-da Reuters-in verdiyi məlumata görə, 6 yanvar 2021-ci ildə Kapitola hücumunu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsi Trampı dörd maddə üzrə ittiham etmək tövsiyəsi ilə ölkənin Ədliyyə Departamentinə müraciət edib.

Komitə üzvlərinin fikrincə, Donald Tramp rəsmi prosedura mane olmaqda, federal hökumətə qarşı dələduzluq yolu ilə sui-qəsddə, yalançı ifadə verməkdə və silahlı üsyan təşkil etməkdə ittiham edilməlidir.

Komitə üzvü, Merilend ştatından demokrat Ceymi Raskin verdiyi açıqlamada bildirilir ki, keçmiş prezident Trampa qarşı Kapitoliyə zorakı hücumu həyata keçirənlərə kömək və yardıma görə cinayət ittihamı irəli sürmək üçün kifayət qədər dəlil var. Reuters qeyd edir ki, bu, ölkə tarixində ilk dəfə Xüsusi Komitə eks-prezidentə qarşı cinayət təhqiqatının aparılmasını tövsiyə edir.

Agentlik vurğulayır ki, Konqresin tövsiyəsi Ədliyyə Departamentini hər hansı addım atmağa rəsmi şəkildə məcbur etmir. İttihamla bağlı qərar prokurorların səlahiyyətindədir.

ABŞ-da prezident seçkilərindən sonra Konqresə hücum

Noyabrda keçirilən seçkilərdə demokrat Co Baydenə uduzan Trampın prezidentlik müddətinin bitməsinə iki həftə qalmış, 2021-ci ilin yanvarın 6-da Ağ Ev rəhbərinin Vaşinqtonda mitinqdə çıxışından sonra onun radikal tərəfdarları Kapitoliyə hücum ediblər.

Hücum zamanı Senat və Nümayəndələr Palatasının birgə iclasında seçkilərin nəticələrini təsdiqlənirdi. Etirazçılar binaya basqın edib və Konqresdə müzakirələr bir neçə saat dayandırılıb, deputatlar təxliyə edilib.

Polis hücum iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib və Milli Qvardiya Vaşinqtona yeridilib. Qarşıdurmalarda biri polis olmaqla 5 nəfər həlak olub. Hakimiyyət bir neçə saatdan sonra yenidən Konqresin binasını nəzarətə götürüb.

İğtişaşlardan sonra 50-yə yaxın adam saxlanılıb. Onlardan bəzilərinə qarşı ittiham irəli sürülüb. Hücumun bir neçə iştirakçısı müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Tramp ona qarşı irəli sürülən ittihamları rədd edərək, bu ittihamları özünə qarşı siyasi motivli hərəkət adlandırıb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar