Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrailin İran konsulluğuna hücumundan sonra cavab hücumundan qorxur

ABŞ rəsmiləri İsrailin Dəməşqdəki İran konsulluğuna zərbə endirməsinin Yaxın Şərqdə gərginliyi artıra və ABŞ qüvvələrinə hücumlara səbəb ola biləcəyindən ehtiyat edirlər...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

"ABŞ-ın hazırkı və keçmiş rəsmiləri çərşənbə axşamı İsrailin İranın Suriyadakı səfirliyinə endirdiyi hava hücumunun regionda hərbi əməliyyatların genişlənməsinə səbəb ola biləcəyi və İsrailə və onun müttəfiqi ABŞ-a cavab zərbələri endirə biləcəyinə dair qorxularını bildiriblər", deyə nəşr yazıb..

ABŞ rəsmiləri əlavə edib ki, İsrailin hücumu İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə ciddi zərbə vurub.

Aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib. Hava hücumu QətərRusiya tərəfindən pislənib. İsrail Müdafiə Qüvvələri zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, İDF-nin sözçüsü Daniel Həcəri bildirib ki, bina konsulluq deyil, Dəməşqdə mülki bina kimi maskalanmış İran Qüds Qüvvələrinin hərbi binasıdır. İsrail rəsmiləri "The New York Times"a hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.

Zərbə zamanı binada iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı ölüv. "The New York Times" qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Daha sonra CNN məlumat yayıb ki, ABŞ İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsindən xəbəri olmayıb və bunda iştirak etməyib. Co Baydenin administrasiyası birbaşa İrana bildirib ki, Vaşinqtonun bundan xəbəri yoxdur.

Telekanalın digər mənbələri bildiriblər ki, Ağ Evə Suriyadakı əməliyyat barədə İsrail təyyarələri artıq havada olarkən məlumat verilib və onların hədəfi məlum deyil.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında "Birləşmiş Ştatlar zərbədə iştirak etməyib və bu barədə əvvəlcədən məlumatımız yox idi" deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar