ABŞ bu həftə Nyu-Yorka gələcək İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın hərəkət azadlığını məhdudlaşdırmaq niyyətindədir...
Poliqon xəbər verir ki. bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin rəhbərinin BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gələcəyi dəqiqləşib.
İranlı diplomatlara həmçinin Lonq Aylend Siti ərazisindəki bir neçə məhəlləyə giriş və konkret marşrut üzrə Con Kennedi Beynəlxalq Hava Limanına (JFK) getmək imkanı verilib.
Bu cür məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, BMT-nin mənzil-qərargahı Nyu-Yorkda yerləşir və ABŞ ilə BMT arasında razılaşmaya əsasən, Amerika hakimiyyəti görüşlərin keçirilməsini və diplomatların təhlükəsizliyini təmin etməyə borcludur.
Poliqon.info