Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hindistanda reaktiv mühərrik istehsal edəcək

Ağ Evin yüksək rütbəli rəsmisi ABŞ-ın “General Electric” sənaye korporasiyası tərəfindən Hindistanın “Aeronautics Limited” şirkəti ilə bu ölkədə döyüş təyyarələri üçün F414 reaktiv mühərriklərinin birgə istehsalına dair sazişin imzalandığını təsdiqləyib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, müqavilə artıq Konqresin bildirişi ilə təsdiqlənib.

“Birləşmiş Ştatlar və Hindistan "General Electric"in bu ölkədə F414 reaktiv mühərriklərinin birgə istehsalına dair müqaviləni alqışlayırlar. “General Electric” və “Aeronautics Limited” anlaşma memorandumu imzalayıblar və ixrac lisenziyası müqaviləsi Konqresin bildirişi ilə təsdiqlənib”, deyə o jurnalistlərə bildirib.

Administrasiya nümayəndəsinin sözlərinə görə, bu sahədə əməkdaşlıq ABŞ-dan texnologiya transferini genişləndirəcək.

Hindistanda reaktiv qırıcı mühərriklərin istehsalına dair genişmiqyaslı müdafiə sazişi baş naziri Narendra Modi ilə ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda görüşün əsas müzakirə mövzularından biri hesab olunur. Mənbələrin verdiyi məlumata görə, səfər ərəfəsində Hindistan və ABŞ razılaşmanın təfərrüatları barədə razılığa gəliblər. Müqavilə ABŞ-ın "General Electric" şirkətinə Hindistanın “Tejas Mk-II” yüngül döyüş təyyarələrini gücləndirmək üçün GE-F414 reaktiv mühərriklərini birgə istehsal etmək üçün “Aeronautics Limited” ilə kritik texnologiyanı paylaşmağa imkan verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar