Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dünya ölkələrinin 80%-də qiymətlərin azalacağını gözləyir...

2024-cü ildə dünya ölkələrinin 80%-də qiymətlərin enəcəyi gözlənilir...

Poliqon xəbər verir ki, bu proqnozu ABŞ-ın maliyyə naziri Canet Yellen verib. O, bu barədə G20 maliyyə rəsmilərinin Braziliyada keçirilən görüşündən əvvəl mətbuat konfransında danışıb.

Canet Yellenin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə qlobal iqtisadiyyatda yavaşlama gözləntiləri reallaşmayıb. Nazir qeyd edib ki, proqnozların əksinə olaraq, artım 3,1% olub və inflyasiya aşağı düşüb. Eyni zamanda, ölkələrin 80%-də qiymətlər azalmağa başlayıb və bu tendensiya 2024-cü ildə də davam edəcək.

Canet Yellen bildirib ki, risklərə baxmayaraq, qlobal iqtisadiyyat stabil olaraq qalır. Buna təsir edən amillərdən biri də işsizlik səviyyəsinin tarixi minimumlara yaxınlaşdığı ABŞ iqtisadiyyatının böyüməsidir. O, ABŞ-ın iqtisadi gücünün, Bayden administrasiyasının COVID-19 pandemiyasından ağır zərbə alan biznesləri dəstəkləyən siyasətləri və yerli istehsala, təmiz enerjiyə və infrastruktura sərmayələrə dəstək verdiyi qlobal böyümənin əsasını qoyduğunu deyib:

"Bir çoxlarının proqnozlaşdırdığı kimi, 2023-cü ildə ABŞ-da tənəzzül olsaydı, qlobal artım nəzarətdən çıxacaqdı. Baxışımız üçün risklər olsa da, Amerikanın artımı davamlı olaraq proqnozları üstələyib", deyə nazir qeyd edib.

"Gələcəkdə biz qlobal perspektivin üzləşdiyi riskləri dərk edirik və iqtisadi vəziyyəti diqqətlə izləməyə davam edirik. Bəzi ölkələrdə problemlər var, lakin qlobal iqtisadiyyat dayanıqlı olaraq qalır", deyə Cannet Yellen bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar