Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibi Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib  

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycanı Respublika günü münasibətilə ABŞ hökumətinin adından təbrik edib... 

PİA.az xəbər verir ki, Trend bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir.

Təbrikdə qeyd olunur ki, ABŞAzərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir:

"Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi kimi vacib məsələlərlə məşğul oluruq. Biz Əfqanıstanda sülhün bərqərar olunması və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üzrə çiyin-çiyinə işləyirik. Ölkələrimiz dünyada mühüm problemlərin həllində əməkdaşlığı davam etdirir".

M.Pompeo qeyd edib ki, ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir:

"Bu il COVID-19 pandemiyası yeni çağırışların yaranmasına səbəb olsa da, mən əminəm ki, Azərbaycan xalqı bunun öhdəsindən cəsarətlə və qətiyyətlə gələcək. ABŞ Azərbaycanın yanındadır , ölkənin suverenliyini və müstəqilliyini dəstəkləyir".

pia.az 


Etiket: Mayk Pompeo


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar