Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Uinston Çörçillin yadplanetlər barədə essesi tapılıb


ABŞ-da Uinston Çörçillin Milli Muzeyində mərhum britaniyalı baş nazirə məxsus 11 səhifəlik qaralama yazısı aşkar edilib


Burada o digər planetlərdə də həyatın mümkünlüyü barədə ehtimallar irəli sürüb.

1939-cu ildə II dünya müharibəsindən əvvəl "Biz bu kainatda təkmiyik" başlığı altında esse yazan baş nazir sonradan onu 1950-ci ilə qədər kənara qoyub. 1950-ci ildə essedə dəyişikliklər edən Churchillin bu essesi dərc olunmayıb.

ABŞ-ın Fulton şəhərindəki muzeyin işçiləri bu sənədin tapilmasına xeyli təəccübləniblər. O zaman burada məhşur çıxışını edən Çörçilll ilk dəfə olaraq "dəmir pərdə" ifadəsini işlətmişdi.

Bir qədər əvvəl muzeyə direktor təyin olunan Timothy Rayle əlyazmanın surətini İsrail astrofiziki Mario Livioya təqdim edib. Livio Nature jurnalının son sayında bu barədə məqalə yazıb.

"Bu esseni dərc etmək çox gözəl olardı. Amma müəllif hüquqlarıyla bağlı problemlər var. Lakin mən fikirləşirəm ki, sənədin böyük tarixi vacibliyini nəzərə alınaraq tezliklə ictimaiyyətə açıqlanacaq", - deyə Livio BBC-yə bildirib.

Çörçilll baş nazir olan zaman tədqiqat araşdırmalarına maraq göstəriridi. Belə ki, o, elmi məsələlər üzrə müşaviri olan ilk Böyük Britaniya baş naziri olub və görkəmli astronomlarla görüşüb. Bundan başqa o, yeni texnologiyaların hazırlanmasına və laboratoriyaların tikintisinə büdcə ayrılmasını dəstəkləyib. O, müharibədən sonra Britaniyada işləyən alimlərə müxəlif sahələrdə - kristalloqarfiyadan tutmuş molekulyar genetikaya qədər kəşflər etməyə imkan yaratmışdı.

Çörçill başqa planetdə həyatın olması barədə essenin ilk variantınıII dünya müharibəsi ərəfəsində yazıb
Fultondan verilən məlumata görə, muzeyin kolleksiyasına 1980-ci ildə daxil olan bu sənəd lazımi qaydada arxivləşdirilməyib. Çörçiillin qeydləri arasında digər ulduzların ətrafında fırlanan planetlərdə həyatın olması barədə fərziyyələr də yer alıb. Bununla yanaşı, yadplanetlər məqalədən yarım əsr sonra kəşf edilib.

Bundan başqa, Çörçiill planetlərdə həyatın mümkün olmasını tam müasir şəkildə müəyyən olunmasını təsvir edir, hansı ki, orda optimal tempratur rejimi dəstəklənir.

"Bir gün, hətta ən yaxın zamanda təkcə Aya deyil, Venereya və Marsa da səyahət etmək mümkün olacaq", - deyə o qeydlərində yazıb.

Uinston Çörçill günəş sistemində məhz Venerada həyatın olmasını yazıb, hansı ki, müasir astronomlar bu fikirlə razı deyillər. Astronomlar Yupiter və Saturnu daha perspektivli hesab edirlər. Lakin bu planetlər barədə insanlar tərəfindən əsas bilgilər Çörçillin ölümündən sonra aşkar edilib (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar