Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifov xalqla yenə acı danışdı - Fotolar


Baş nazirin müavini Abid Şərifovun paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşü olub


İnterpress.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, narazı sakinlər Xətai Rayon İcra Haimiyyətinin başçısı Razim Məmmədovla bərabər ərazini gəzən Abid Şərifova onları narahat edən məsələləri çatdırıblar.

Sakinlərə görüşdə müəyyən qədər gərginlik yaşanıb. Sakinlər binanın təmiri, kompensasiya ödəniməsi kimi məsələləri qaldırsalar da Abid Şərifovun narazı sakinlərlə kobud rəftarı diqqəti çəkib. Belə ki, Abid Şərifov narazı sakinin sözlərini yarımçıq kəsərək “Nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.

Görüş zamanı məlum olub ki, yanan bina və ətrafdakı bütün binalarda balkonları bağlanması tapşırığı verilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Onlar balkonların bağlanmasının ancaq sakinlərin istəyi ilə fərdi qaydada həyata keçirilməsini tələb edirlər.

Qeyd edək ki, A.Şərifov bundan bir gün qabaq da Azadlıq prospektində yanan binanın sakinləri ilə görüş zamanı jurnalistlərlə kobud davranmışdı.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar