Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

80 milyonluq yatırım, 300 milyonluq sifariş – Ülviyyə Əlizadə kimdir, kimin adamıdır?

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda, Bozburun məhəlləsində Avropanın ən iri yaxta tərsanəsini quran və ortaqları ilə neçə vaxtdır çəkişmə içərisində olan azərbaycanlı biznesvumen Ülviyyə Əlizadə (Hülya Əlizadə Kuçeruk) “varlılar üçün bahalı oyuncaq” biznesinə 2005-ci ildə 80 milyon avro yatırımla girib.

PİA.az virtualaz.org-a istinadən xəbər verir ki, o yaxta “Dream Ship Viktory” (“DSV Yatçılık”) tərsanəsini ukraynalı biznesmen Valeri Stepanenko ilə birlikdə qurub.

Xatırladaq ki, Ülviyyə Əlizadə biznesini böyütmək üçün investisiya ortaqlığı qurduğu “Marmaris Yapı İnşaat” adlı yerli şirkətin sahibləri ilə 4 ildir çəkişmə içərisindədir. Azərbaycanlı biznesvumen ortaqlarını şirkəti onun əlindən almaq cəhdlərində ittiham edir. “Marmaris Yapı İnşaat”ın sahibləri isə iddia edir ki, Əlizadə ortaqlıq müqaviləsinin şərtlərini pozub və onların yatırdığı investisiyanın əvəzində “DSV Yatçılık” tərsanəsinin nəzarət səhm paketini verməlidir.

Belə məlum olur ki, həmin yaxta tərsanəsini 2005-ci ildə Ülviyyə Əlizadənin israrları ilə Türkiyəyə gedən ukraynalı Valeri Stepanenko onunla ortaq şəkildə qurub. Tərsanə ilə yanaşı ərazidə yaxta limanı da yaradılıb. Bu limanda irili-xırdalı 300-ə yaxın yaxta lövbər sala bilir. “DSV Yatçılık” tərsanəsində inşa edilən “Mixail Vorontsov” adlı 64.5 metrlik yelkənli-motorlu yaxta 2014-cü ildə Amsterdamda Dünya Superyaxta Müsabiqəsində jürinin özəl mükafatına layiq görülüb. Bunun ardınca şirkət 55 metr uzunluğunda və 10 metr enində “Princess Maria” adlı lüks yaxtanın inşasına başlayıb. 2014-cü ildə isə dünyanın ən iri yelkənli yaxtası olan “Dream Symphony” adlı 151 metrlik yaxtanın inşası üçün sifariş alıb, sifarişin dəyəri 300 milyon dollardır.

Əslində dəbdəbəli yelkənli yaxtaların inşası ideyası Ülviyyə Əlizadənin ukraynalı ortağı Valeri Stepanenkoya məxsusdur. O deyir ki, hələ ötən əsrin 90-cı illərinin ortalarından dəbdəbəli yelkənli yaxtaların inşası ideyası üzərində düşünüb. Bu ideyanı həyata keçirmək fürsəti 2005-ci ildə yaranıb.

Stepanenko taxta gövdəli gəmi inşaatı üzrə tarixi ənənələri qoruyub saxlamış və peşəkar ağac ustalarının olduğu Türkiyəni seçib. Bozburunda tərsanə qurulub və şirkətin ilk işi 2007-ci ildə “Mixail Vorontsov” yelkənli yaxtasının inşasına başlamaq olub. Yaxtanın inşası 2010-cu ildə tamamlanıb və o, dünyanın 5 ən dəbdəbəli yelkənli yaxtasından biridir.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar