Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

78-ci sessiya prezidenti: BMT Baş Assambelyası qarşısında duran məsuliyyətə tam cavab verə bilmir

BMT Baş Assambleyası onun qarşısı da duran məsuliyyətə tam cavab verə bilmir...

APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Bakıda keçirilən XI Bakı Qlobal Forumunda xüsusi çıxışında deyib.

"Azərbaycana qlobal dialoqu, tolerantlığı təşviq edən belə bir foruma ev sahibliyi üçün təşəkkür edirəm. Forumun bu ilki mövzusu çox vacibdir. Çoxtərəfli sistem böyük təhdidlərlə üzləşir, biz artıq parçalanan dünyada yaşayırıq, aramızda geosiyasi çatlar dərinləşir, bu da beynəlxalq münasibətlərə münasibətə təsir edir.

BMT Baş Assambelyası onun qarşısında duran məsuliyyətə tam cavab verə bilmir", - o deyib.

O çıxışında qlobal yoxsulluğa toxunub. "Biz ədalətsiz maliyyə arxitekturasınının üzərində işləməliyik. Bunu etməsək, dayanıqlı inkişaf məqsədlərinə nail ola bilməyəcək, XXI əsrin tələblərinə cavab verə bilməyəcəyik", - o qeyd edib.

"Biz bu gün Qərbi Afrikada toqquşma və çevrilişlərə şahid oluruq, Ukraynadakı qanlı müharibə artıq üçüncü ilinə daxil olur, Qəzzadakı humanitar vəziyyət ağırlaşır. Ukraynadakı müharibədə ukraynalılar həlak olur, mülki obyektlər, evlər, enerji sistemləri, xəstəxanalar, məktəblər hədəf alınır, milyonlarla insan qaçqın və köçkündür, onlar evlərini itirib. Ukraynanın üzləşdiyi bu müharibəyə yalnız bu ölkəyə deyil, digər ölkələrə də təsir edir, onun qlobal nəticələri, qida təhlükəsizliyinə ciddi təsirləri var.
Qəzzadakı vəziyyətə baxsaq, orada mülki əhali müharibədən, xəstəliklərdən, aclıqdan ölür, artıq 31 mindən çox adam ölüb. Bu mənasız müharibənin ağır nəticələri, itkilərin sayı bizə sülhün əhəmiyyətini və onun təxirəsalınmazlığının göstərir", - Dennis Fransis vurğulayıb.

O xatırladıb ki, BMT Baş Assambleyası Ukrayna ilə bağlı
6 qətnamə qəbul edib, bu qətnamələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qətiyyətlə pislənib və Rusiyadan şərtsiz şəkildə ordusunu Ukraynadan çıxarmaq tələb olunub. Bundan başqa Qəzza ilə bağlı humanitar atəşkəsə çağırış edilib. Tərəflərə beynəlxalq hüququn prinsiplərinə əməl etməyə çağırılıb.

BMT Baş Assableyasının 78-ci prezidenti münaqişələrin aradan qaldırılması üçün beynəlxalq hüququn dialoqun təşviqinin vacibliyini vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar