Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

63 nəfərlik ölüm işində bəraət

Portuqaliyada 63 nəfərin ölümündə təqsirləndirilənlərə bəraət verilib...

Portuqaliya məhkəməsi 2017-ci ilin yayında meşə yanğınları zamanı 63 nəfərin ölümündə təqsirləndirilənlərə bəraət verib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, yanğınsöndürmə xidməti və elektrik şəbəkəsinin rəhbər şəxsləri səhlənkarlıqdan 63 nəfərin ölümünə səbəb olmaqda ittiham edilirdilər.

İstintaq materiallarında göstərilir ki, yüksək gərginlikli xətlərin ətrafında ağacsız zonalar yaradılmayıb. Yanğınsöndürən komandanın rəhbəri isə vaxtında bütün qüvvələri səfərbər edə bilməyib. Meşədə istirahət edən 63 nəfər yol keyfiyyətli olmadığı üçün avtomobillə qaça bilməyib.

Bununla belə, məhkəmə sübut edib ki, yanğın ölkədə son 80 ildə baş verən ən şiddətli istilər dövründə ortaya çıxıb və yayılıb. Ağacsız zonalar olsa belə, alovun qarşısını almaq mümkün olmayacaqdı.

Məhkəmənin hökmünü binanın ətrafında gözləyən yüzlərlə yanğınsöndürən alqışla qarşılayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar